Ölkə futbolu
Azərbaycan Kuboku: “Neftçi” “Qarabağ”ı qəbul edir
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. İlk olaraq “Neftçi” “Qarabağ”ı qəbul edəcək.
“Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.
“Köhlən atlar” ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, “Neftçi” isə axırıncı 3 oyunda qol vurmayıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…