Digər idman növləri
Azərbaycan qran-prisinin formatında dəyişiklik ediləcək – təkər çatışmazlığına görə
Formula 1 üzrə Azərbaycan qran-prisində sprint yarışlarının yeni formatda keçirilməsi ilə bağlı məlumat vermişdik. Lakin “Pirelli” şirkəti tərəfindən ölkəmizə gətirilən təkərlər 2-ci təsnifatı tam keçirməyə imkan verməyəcək. Bu səbəbdən də onun qısaldılması qərara alınıb.
Cümə gününün proqramı əvvəlki variantda qalıb. Aprelin 28-i bir saatlıq sərbəst yürüşlər və standard sıralama turu olacaq. Həmin təsnifata görə bazar günü keçiriləcək yarışın start düzümü müəyyənləşəcək.
Sprintdə sürücülərin yerini müəyyən edən şənbə gününün təsnifat mərhələsi 2-ci sərbəst yürüşlərin yerinə keçiriləcək. Ənənəyə uyğun olaraq təsnifat 3 sessiyadan ibarət olacaq. Final sessiyasında yalnız bir sürətli dövrə vurulacağına görə mərhələ adi təsnifatdan fərqlənəcək.
Böyük ehtimalla kvalifikasiyanın dəyişilmiş formatı yarışa bir həftə qalmış təsdiqlənəcək.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları