Milli komanda
Azərbaycan yığması yarımfinala çıxa bilmədi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, yığmamız 1/4 final mərhələsi çərçivəsində Portuqaliya seçməsi ilə qarşılaşıb.
Portuqaliyanın Nazare şəhərində keçirilən oyun azərbaycanlı futbolçular üçün uğurlu alınmayıb. Belə ki, millimiz bu görüşdən 1:6 hesablı məğlubiyyətlə ayrılıb. Komandamızın yeganə qolunu Sabir Allahquliyev vurub.
Xatırladaq ki, Azərbaycan millisi əvvəlki oyunlarında Fransaya 2:0, Estoniyaya 4:3 hesabıyla qalib gəlib, İsveçrəyə 5:8 hesabıyla məğlub olmuşdu.
Azərbaycan millisi sabah 5-8-ci yerlər uğrunda mübarizə çərçivəsində İsveçrə yığmasıyla qarşılaşacaq. Bu komanda 1/4 finalda Ukraynaya 5:6 hesabıyla uduzub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…