Ölkə futbolu
“Azərbaycanla matçlarda xallar qazana bilərik”
Estoniya yığmasının müdafiəçisi Karol Mets AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, Almaniyanın “Sankt-Pauli” klubunda çıxış edən futbolçu Bakıdakı qarşılaşmanın çətin olacağını söyləyib:
“Evdəki bütün qarşılaşmalarda və Azərbaycan millisi ilə matçlarda xallar qazana bilərik. Hələlik bütün diqqətimizi ilk oyuna yönəltmişik. Ötən il “Sürix”in (İsveçrə) heyətində UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunu üçün Bakıda idim. Onlar evdə daha güclüdürlər. Səfərdə tamamilə fərqli görünürlər”.
İyunun 17-də Bakıda Azərbaycan komandasının qonağı olacaq Estoniya seçməsi üç gün sonra Belçikanı qəbul edəcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”