Dünya futbolu
Azmun “Traktor” heyranıdır: “İranda yalnız bu klubun formasını geyəcəm”
Almaniyanın “Bayer” klubunun cənubi azərbaycanlı futbolçusu Sərdar Azmun İrana qayıtmağa hazırlaşır. Futbolinfo.az saytı xəbər verir ki, bu barədə İran millisinin hücumçusu özü açıqlama verib.
O bildirib ki, İranda “Persepolis” və “İstiqlal”dan təklif almasına baxmayaraq, karyerasını Cənubi Azərbaycan təmsilçisi “Traktor”da davam etdirmək arzusundadır. 28 yaşlı forvard bunun yaxın gələcəkdə reallaşacağını istisna etməyib: “Digər klublara hörmətlə yanaşıram. Amma həqiqət budur ki, “Traktor” heyranıyam. İrana da yalnız bu klubun formasını geyinmək üçün qayıdacağam”.
Qeyd edək ki, “Sepahan”ın yetirməsi olan Sərdar Azmunun “Bayer”lə müqaviləsi 2027-ci ilə qədərdir.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”