Ölkə futbolu
Azyaşlı qız futbolçular “Sabah”ın qonağı oldular
Qızlardan ibarət “Xırdalan” FK-nın aşağı yaş qruplarının üzvləri “Sabah” Futbol Akademiyasının qonağı olub.
Futbolinfo.az xəbər verir ki, “ASK Arena”da baş tutan görüşdə əvvəlcə akademiyanın məşqçisi Namiq Süleymanov azyaşlılara “Qızlar futbolda” mövzusunda seminar keçərək, onlara seçdikləri peşə üzrə uğur qazanmağın yollarını izah edib, həmçinin öz məsləhətlərini verib.
Daha sonra azyaşlı qızlar akademiyanın U-12 komandası ilə birgə məşqə çıxıb. Məşqin sonunda “Xırdalan” və “Sabah”ın üzvlərindən ibarət qarışıq heyətə malik komandalar arasında ikitərəfli oyun keçirilib.














- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Dünya futbolu2023-03-31 09:17
Kvaratsxeliya İtaliyada ilkə imza atdı