Digər idman növləri
Bakıda daha iki yol bağlanır – Formula 1-ə görə
Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
Bildirilib ki, bu gün gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.
Buna səbəb Formula 1 üzrə Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.
Azərbaycan qran-prisi 28-30 apreldə keçiriləcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var