Digər idman növləri
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Dekabrın 5-dən 11-dək sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında “Təhsil” beynəlxalq turniri keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə ortaq təşkil edəcəyi yarışda 7 ölkədən ümumilikdə 500-ə yaxın yeniyetmə idmançı mübarizə aparacaq.
Ötənilki analoji turnirdən fərqli olaraq, bu dəfə U-17 yaş qrupu ilə yanaşı, U-15 yaş qrupu üzrə də yarış baş tutacaq.
Proqrama əsasən, ilk 4 gündə U-15, növbəti 3 gündə isə U-17 yaş qrupunda yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışın açılış mərasimi dekabrın 5-də, saat 16:00-da başlayacaq. Turnirin qarşılaşmaları isə hər gün saat 10:00-da start götürəcək.
Yarış güləşdə kütləviliyin artmasına nail olmaq və müvafiq milli komandalara seçim məqsədi daşıyır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir
- Müsahibə2024-07-12 13:47
Renduliç razıdır: “Rəhbərlik komandanı gücləndirəcək variantlar üzərində çalışır”