Bizi izləyin

Digər

Bakıda qazanıb ölkəsi üçün çalışanlar: Qonşuda bişər, bizə də düşər?

blank
blank

Müqayisələr həqiqəti üzə çıxartmaq üçün əla vasitə olsa da, bəzən ondan manipulyasiya məqsədilə istifadə olunur. Bu mənada Azərbaycanla Gürcüstan futbolu arasında müqayisəni xüsusilə fərqləndirə bilərik.

Gürcüstanın milli komandaları hər dəfə yüksək nəticə əldə edəndə sosial şəbəkələrdə “o əjdahadan bizdə niyə yoxdur” müzakirələrinə start verilir. Əlbəttə, müqayisə edənləri anlamaq olar. Hər iki ölkənin insanları eyni regionun havasını udur, hətta eyni Kür çayının suyunu içir. Amma onlar yığmalar səviyyəsində dağı dağ üstə qoymağı bacarırsa, biz təpədən aşağı diyirlənirik.

Cənubi Amerikada da Uruqvayla Parayvay potensialına görə eyni səviyyədə olan ölkələrdir. Lakin Uruqvay ikiqat dünya çempionudursa, Paraqvay mundiallarda tarixi boyunda yalnız bir dəfə 1/4 final görüb. Hələ onu demirik ki, uruqvaylılar həmişə mundiala vəsiqə qazanırsa, paraqvayılılar 2010-cu ildən bəri DÇ görmür.

Bizimlə gürcülər arasında da oxşar vəziyyətdir. Bu, tarix boyunca belə olub. Məsələn, “Neftçi”nin SSRİ çempionatında ən böyük uğuru 1966-cı ildə bürünc medal qazanmaq olubsa, “Dinamo” 1964 və 1978-ci illərdə ittifaq birinciliyinin qalibi olub. Bununla yanaşı, tiflislilər SSRİ çempionatında 5 dəfə gümüş, 13 dəfə bürünc medal qazanıblar. Hələ bu komandanın iki dəfə SSRİ Kubokunu, 1981-ci ildə isə Avropanı heyrətə gətirərək Kuboklar Kubokunu qazanmasından danışmırıq. Yəni, bizimlə onların futbol ənənələri arasında böyük uçurum var.

Əlbəttə, deyə bilərik ki, onlarda da “Qarabağ” səviyyəsində komanda yoxdur. Biz hər il avrokuboklarda Ağdam klubunun qrup mərhələsinə vəsiqə qazanmağı ilə öyünürüksə, nə Tiflis nə də Batumi “Dinamo”ları bunun yaxınlığına düşə bilmir. Amma yenə də bir ölkənin futbolunun siması onun milliləridir. Bu mənada biz onlardan geridəyik.

Görünən odur ki, Gürcüstanda uşaq futbol məktəbləri öz işinin öhdəsindən məharətlə gəlir və bunun bəhrəsini görürlər. Hazırda 21 yaşa qədər futbolçular arasında davam edən Avropa çempionatında gürcülərin 1/4 finala qədər irəliləməsi buna sübutdur. Doğrudur, Gürcüstanın təşkilatçı ölkə olmasını da ön plana çəkmək olar. Yəni, təşkilatçı ölkə kimi final mərhələsinə birbaşa vəsiqə qazanmışdılar. Belə olsaydı, ora çıxıb-çıxmayacaqları bilinmirdi. Çünki bu komanda heç vaxt final mərhələsinə vəsiqə qazanmayıb. Amma meydan sahibi olmaq belə uğur qazanmaq üçün zəmanət deyil. Rumıniya da Gürcüstan kimi təşkiilatçı ölkə idi. Rumınların U-21 millisi İspaniya, Ukrayna və Xorvatiyanın qərarlaşdığı qrupda cəmi 1 xal topladı. Gürcülər isə “ölüm qrupu”ndan – Portuqaliya, Niderland və Belçikanın olduğu qrupdan məğlubiyyətsiz lider kimi 1/4 finala vəsiqə qazandı. 1/4 finalda da israilli yaşıdlarına penalitlərlə məğlub oldu.

Təbii ki, gürcürlərlə müqayisə olunmağımızın absurd olduğunu söylədiyimiz halda, onlar qədər inkişaf edə bilməməyimizə görə də özümüz günahkarıq. SSRİ yığmasının heyətini bəzəyən sələfləri bir yana, müstəqillik dövründə belə bu ölkənin Kaxa Kaladze, Şota Arveladze və Temuri Ketsbaya kimi futbolçuları olubsa, deməli, su gələn arxa yenə də gələ bilər. Çünki onları yetişdirən yerli futbol məktəbləri var.  Amma bizdə nə AFFA, nə də klublar bu haqda fikirləşmir. AFFA Türkiyə və Almaniyadan türkiyəlliləri, Dağıstandan isə Qafqaz xalqlarının nümayəndələrini bura gətirərək “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” prinsipi ilə hərəkət edir. Klublar isə “legionerlər var da, uşaq yetişdirmək nəyə lazımdır, onsuz da bu ölkədən futbolçu çıxmır” bəhasilə “akademiyalar”ını yola verir. Məhz bu yanaşmaya görə gürcülər startdaca bizdən aralanır. Görünən kəndə bələdçi lazım deyil.

Bu problemi qabartmaqla söhbəti qır-saqqız kimi uzatmağın mənası yoxdur. Sadəcə, bütün Avropanı şoka salan gürcülərin gənclərdən ibarət komandasının oyunçularını hansı komandaların yetişdirməsini öyrənmək yerinə düşərdi. Bax, bu yerdə demək lazımdır ki, “o əjdahalardan bizdə niyə yoxdur”?

Əvvəla onu qeyd edək ki, bu ölkənin U-21 millisini elə Azərbaycan futboluna bələd olan simalar çalışdırır.  Baş məşqçi Ramaz Svanadze 2015-17-ci illərdə Bakı “İnter”ini çalışdıran Zaur Svanadzenin köməkçisi olub.  Elə Zaur da Ramazın doğma əmisidir, hazırda qardaşıoğlunun köməkçisi kimi çalışır. Daha bir assisent isə təqdimata ehtiyacı olmayan Georgi Adamiyadır. O Adam(iya) ki, 9 il Azərbaycan çempionatında top qovub.  Elə bu “ştab”da qərarlaşan Aleksandre Amisulaşvilinin 2014/15 mövsümündə “İnter”də oynadığını yaxşı xatırlayırıq.

blank

Adamiyanı istisna etsək, digər 3-nün burada “əlinin yağa batdığını” iddia etmək olmaz. Amma fakt öz ölkələrində futbol akademiyalarının “yağlı kökələri”ni Avropaya nümayiş etdirməyi bacardılar. Hələ nəzərə alaq ki, “Napoli”də möcüzələr yaradan Xviça Kvaratsxeliya da bu turnirdə iştirak edə bilərdi. Atası Badri burada oynayarkən, Xviça topa ilk toxunuşunu ölkəmizdə edib. Amma İtaliya çempionatında mövsümün ən dəyərli oyunçusu seçilən bu futbolçu yorğunluq səbəbindən millisinə kömək edə bilmədi. Amma “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili vətənində keçirilən qitə birinciliyinə öz məharətini nümayiş etdirməyi bacardı. O, Georgi ki, İspaniyaya yollanana qədər “Qaqra” və Tiflis “Dinamo”sunun akademiyasında diqqətləri öz üzərinə cəlb edə bilmişdi.

Tiflis “Dinamo”sundan söz düşmüşkən, Avropa çempionatında bu komandadan 7 oyunçu var idi. “Dinamo” qədər “Saburtalo” komandası da öz “məzunlar”ını səhnəyə çıxartmağı bacardı. Tiflisin ən möhtəşəm akademiyalarından biri olan bu “düşərgə”dən Avropa çempionatında 4 futbolçu iş başında idi. Tsqatubo “Samqurali”sinin 3, Qori “Dila”sının 1 futbolçusu da milliyə cəlb olunmuşdu. Digər futbolçular isə millidə özünü göstərmədən buna qədər Avropaya sızmağı bacarmışdı. Məsələn, bu mənada Mamardaşvili ilə yanaşı “Srvena Zvezda”dan İrakli Azarovi, Donetsk “Şaxtyor”undan Giorgi Qoçoleişvili, Moskva “Dinamo”sunda Saba Sazonovla Luka Qaqnidze, “Sarayevo”dan Giorgi Quliaşvili, “Real Yunion”dan Giorgi Qaqua, “Bordo”dan Zuriko Davitaşvili (onun Niderland millisinin qapısından keçirtdiyi möhtəşəm qol nəyə desəniz dəyərdi) və “Lex”dən Heorgi Tsitaişvilinin adını çəkmək olar.

Bu oyunçulardan yalnız Saba Sazonovla Heorgi Tsitiaşvili müvafiq olaraq, Rusiya və Ukrayna futbolunun yetirmələridir. 2002-ci ildə Sankt-Peterburqda doğulan Sabanın atası rus olsa da, anası Nino Nişnianidze “Samtredia” voleybol klubunun üzvü olub. “Zenit” akademiyasında püxtələşdikdən sonra “Dinamo”ya keçən Sazonov anasının vətətinin yığmasında oynamaq qərarına gəlib. Tsitiaşvili isə İsraildə doğulsa da, ana tərəfdən Ukrayanadan olduğuna görə uşaq yaşlarından bu ölkəyə köçüb. Futbolun sirlərinə isə Kiyev “Dinamo”sunda yiyələnib.

Adlarını çəkdiyimiz digər legioner futbolçular ya Tiflis “Dinamo”su, ya da “Saburtalo”sunun yetirməsidir. Gördüyünüz kimi, paytaxt burada əsas avanqard rolunu oynayır. Bizdə isə Bakı klublarının akademiyalarından söhbət gedə bilməz. Halbuki, ölkədə ən çox “canlı qüvvə” potensialı Bakıdadır. Amma bizim paytaxt klublarının akademiya vecinə də deyil. Gözümüzü ya Tovuzla Gəncəyə, ya da Qəbələyə dikmişik.

Yenidən özümüzə qayıdıb eyni sözləri təkrarlamağa ehtiyac yoxdur. Gürcülər məhdud büdcə ilə öz qarışqalarını sözün yaxşı mənasında fil edə bilirlər. Bu fillər də uğurlu çıxışla qəFİL aradan çıxırlar. Biz isə hələ qəFİLlikdə yatmışıq…

İLQAR AĞAYEV

Reklam

Reklam


blank
Müsahibə2024-05-07 19:01

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

blank
Ölkə futbolu2024-05-07 18:48

“Şahdağ Qusar”dan darmadağın

blank
Digər idman növləri2024-05-07 18:33

Çin Olimpiada zamanı müharibələrin dayandırılmasını istəyir

blank
Əvəzedicilər2024-05-07 18:16

“Qəbələ”nin əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 17:58

“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

blank
Digər idman növləri2024-05-07 17:39

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-05-07 17:17

“Mançester Yunayted”dən antirekord

blank
Ölkə futbolu2024-05-07 16:55

Azərbaycan Kubokunun qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-07 16:35

Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb

blank
Digər idman növləri2024-05-07 16:20

Bərdədə uşu-sanda yarışı

blank
Digər idman növləri2024-05-07 16:02

Məşhur idmançılar moda gecəsində

blank
Digər idman növləri2024-05-07 15:47

Fransanın Olimpiada üçün hazırladığı qoruyucu sistem PUA ilə kondisioneri səhv salır

blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Digər idman növləri2024-05-07 12:46

Yarımfinal mərhələsi başlayır

blank
Digər idman növləri2024-05-07 12:29

“Hər şeyi Gəncəyə yaraşan şəkildə edəcəyik”

blank
Dünya futbolu2024-05-07 12:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi

blank
Digər2024-05-07 12:00

MİSLİ ilə qazan!

blank
Milli komanda2024-05-07 11:53

Millimiz UEFA İnkişaf Turnirində son sınağına çıxır

blank
Ölkə futbolu2024-05-07 11:45

“Araz-Naxçıvan” “Baku Fire” ilə üz-üzə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm