Ölkə futbolu
Bakıda vurulmuş qol həftənin ən yaxşısı adına namizəd oldu

Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçəyə nail olan Kiprin “Omoniya” komandasının futbolçusu Xordi Qomesin uzaq məsafədən vurduğu qol da namizədlər siyahısında göstərilib.
36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb. İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Horvat (“Mura”, Sloveniya), Lazaros Xristodulopulos (“Anortosis”, Kipr) və Edon Jeqrovadır (“Bazel”, İsveçrə).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədən sonra bəlli olacaq.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib