Dünya futbolu
Balotelli Azərbaycandan təklif alıb
İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola “mediagol.it” saytına açıqlamasında deyib.
O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən zəng gəlib: “Çoxları mənimlə əlaqə saxlayır. Mario İtaliyaya qayıtmaq istəyir. Bu onun üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər”.
Qeyd edək ki, hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir.
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-14 15:00
“Qarabağ”ın qapıçısı zədələndi – 8 ay futboldan uzaq qalacaq
- AÇ-20242024-07-15 01:00
İspaniya yığması dördüncü dəfə Avropa çempionu oldu