Dünya futbolu
“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
İspaniyanın “Barselona” klubunun “Nou Kamp” stadionuna qayıdacağı tarix bəlli olub.
Futbolinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu dekabrın 15-dən etibarən doğma arenasından istifadə edə biləcək.
Rəhbərlik klubun 125 illiyini qeyd edəcəyi 29 noyabr tarixində açılış tədbiri keçirməyi planlaşdırırdı. Lakin sonradan tələsməmək qərarına gəlib. Komandanın ilk matçlarında tribunalara məhdud sayda azarkeş buraxılacaq. Belə ki, qarşılaşmalara maksimum 60 min tamaşaçı cəlb olunacaq.
“Nou Kamp” stadionu 2023-cü ildən yenidənqurma üçün bağlanıb. Həmin vaxtdan bəri “Barselona” ev oyunlarını şəhərin Olimpiya Stadionunda keçirir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- AÇ-20242024-07-10 01:00
İspaniya Avropa çempionatının finalında!
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”