Dünya futbolu
“Barselona”nı növbəti tituldan iki xal ayırır
“Barselona”ya La Liqanı qazanmaq üçün iki xal lazımdır. Bu, “Real”ın 33-cü turda “Real Sosyedad”a 0:2 hesabı ilə uduzmasından sonra məlum olub.
Kataloniya təmsilçisi 33 oyundan sonra 82 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci yerdəki Madrid klubunun 33 oyundan 68 xalı var. Komandalar çempionatda hələ 5 oyun keçirməlidir.
“Real” qalan bütün matçlarda qalib gəlsə, mövsümün sonuna qədər toplaya biləcəyi maksimum xal sayı 83-dür. Beləliklə, Xavinin komandası çempionluq titulunu qazanmaq üçün iki xal əldə etməlidir. Xallar bərabər olduğu halda, üstünlüyü “Real” əldə edəcək.
“Barselona” La Liqada növbəti oyununu mayın 14-ü səfərdə “Espanyol”la keçirəcək. Komanda bu matçda qalib gəlsə, çempionluğu rəsmiləşdirəcək.