Dünya futbolu
“Bayern” gürcü qapıçını istəyir
Georgi Mamardaşvili “Bayern”in hədəfinə düşüb. 21 yaşlılar arasında keçirilən qitə çempionatında növbəti dəfə özünü isbatlayan qolkiper Münhen klubunun düşərgəsinə cəlb edilə bilər.
Furbolinfo.az xəbər verir ki, almanlar onu Manuel Noyerə əsas əvəzedici kimi gətirmək istəyir. Qışda heyətə cəlb olunan Yan Zommerlə vidalaşmağı düşünə çempion gürcüyə güvənmək niyyətindədir. İngiltərə və İtaliya klublarının da maraq göstərdiyi Mamardaşvili Almaniya nəhənginə keçməyə daha çox maraq göstərir.
Son mövsümü “Valensiya”da keçirən və İspaniya klubu ilə 4 illik müqaviləsi qalan qapıçının transfer dəyəri 25 milyon avrodur.