Dünya futbolu
“Mançester Siti” və “İnter” də ÇL-in yarımfinalında!
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Almaniyanın “Bayern” klubu doğma meydanda İngiltərə təmsilçisi “Mançester Siti” ilə üz-üzə gəlub. Bu komandalar arasındakı ilk oyunda “şəhərlilər” 3:0 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə heç-heçə qeydə alındığından İngiltərə klubu yarımfinala yüksəlib.
Günün digər oyunu İtaliya “İnter”i ilə Portuqaliya “Benfika”sı arasında baş tutub. Milanlılar səfərdə 2:0 hesablı qələbə qazandığından yarımfinala yüksəlməyə daha yaxın görünürdülər. Altı qolun qeydə alındığı cavab görüşündə qalib müəyyənləşmədiyindən milanlılar növbəti mərhələyə vəsiqə qazanıblar.
Xatırladaq ki, ötən gün “Real” (İspaniya) “Çelsi”ni (İngiltərə), “Milan” (İtaliya) isə “Napoli”ni (İtaliya) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlmişdi. Beləliklə, yarımfinalda “Real”la “Mançester Siti”, “Milan”la isə “İnter” üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
19 aprel
Bayern (Almaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qol: Kimmix, 83-pen – Haland, 57.
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen. “Alyans Arena”.
İlk oyun – 0:3.
İnter (İtaliya) – Benfika (Portuqaliya) 3:3
Qol: Barella, 14. L.Martines, 65. Korrea, 78 – Aursens, 38. A.Silva, 86. P.Musa, 90+5.
Baş hakim: Karlos del Serro (İspaniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.
İlk oyun – 2:0.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var