Dünya futbolu
Bellingemin əvəzinə 3 oyunçu
Dortmund “Borussiya”sında oynayan Cud Bellingemin transferindən vaz keçən “Liverpul” digər oyunçulara yönəlib. Mersisaydlılar İngiltərə millisinin üzvü üçün 130 milyon funt-sterlinq ödəməkdənsə, həmin pulu hədəfdə olan digər 3 yarımmüdafiəçiyə xərcləməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, almanların yüksək tələbdən vaz keçməməsi, yarımmüdafiəçi üçün tələb olunan məbləği azaltmaması daha öncə “Real”ın da Bellingemi almaq planlarını ləğv etməsinə səbəb olmuşdu. İndi isə “Liverpul” eyni qərarı verib.
“The Telegraph”ın yazdığına görə, baş məşqçi Yürgen Klopp indi rəhbərlikdən Meyson Maunt, Konor Qallaher və Miyzes Kaysedonu heyətə qatmalarını istəyib. Bu oyunçuların ümumi dəyəri 130 milyon funt-sterlinqdən azdır. Mersisaydlılar bununla həm də heyətdə zənginlik yaratmağa çalışır.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları