Dünya futbolu
Benitesə Terri şərti
Cessi Marşla anlaşa bilməyən “Lester” yeni baş məşqçi tapmaqda çətinlik çəkir. Daha bir neçə mütəxəssislə ortaq məxrəcə gələ bilməyən “tülkülər” indi Rafael Benitesə yönəlib.
Vaxtilə “Liverpul”, “Çelsi”, “Nyukasl” və “Everton” kimi İngiltərə klublarında işləmiş 62 yaşlı mütəxəssis bir ildir işləmir. Ötən ilin qışında “Everton”dan ayrıldıqdan sonra uyğun təklif gözləyən Benites yenidən “Dumanlı Albion”a qayıtmağın əleyhinə deyil. Lakin komandanın son pillələrdə olması, Premyer Liqanı tərk etmək təhlükəsi yaşaması məşqçinin tərəddüdünə səbəb olub.
Benites razılıq versə, onunla uzunmüddətli müqavilə bağlanacaq, yay transferləri üçün yaxşı büdcə ayrılacaq. Rəhbərliyin daha bir şərti isə yeni məşqçinin köməkçi kimi Con Terriylə çalışmağı qəbul etməsidir. “Çelsi” əfsanəsi ilə bağlı gələcəkdə böyük planları olan klub sabiq müdafiəçinin püxtələşməsini istəyir.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”