Dünya futbolu
Benzema və Ramosdən ÇL-də yeni uğur
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Atalanta” klubu ilə oyun Madrid “Real”ının kapitanı Serxio Ramosla hücumçu Kərim Benzema üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, hər iki futbolçu İspaniya klubunun 3:1 hesablı qələbəsinə bir qolla töhfə verib.
Benzema 34-cü dəqiqədə hesabı açmaqla ÇL-də vurduğu qolların sayını 70-ə çatdırıb. Bununla da o, qitənin ən nüfuzlu klub turnirində 70 qol həddinə çatan 5-ci futbolçu olub. Fransız forvard bu baxımdan yalnız Kristiano Ronaldo (134), Lionel Messi (120), Robert Levandovski (72) və Raul Qonsalesdən (71) geri qalır.
Serxio Ramos isə 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə ÇL-də qol sayını 15-ə çatdırıb. Bu göstəricidə Jerar Pike və İvan Elqueraya çatan təcrübəli ispan futbolçu, ÇL-də ən çox qol vuran müdafiəçilərin siyahısında yalnız Roberto Karlosdan geri qalır. Braziliyalı sol cinah müdafiəçisi vaxtilə bu turnirdə 16 qola imza atıb. Bu isə o deməkdir ki, Ramos bu mövsüm ÇL-də yenə fərqlənsə, həm Karlosa çata, həm də onu geridə qoya bilər.
Onu da qeyd edək ki, Ramos ÇL-də 14 qolu olan Zinədin Zidan, Ronaldo Nazario, Adriano və Miroslav Klozeni də geridə qoyub.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”