Dünya futbolu
Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”ın bazasına gedib.
Futbolinfo.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bir müddət əvvəl zədə alan fransalı futbolçu müayinə üçün Madridə yollanıb. “Real” keçmiş oyunçusunun müayinəsinə köməklik göstərəcək. “Əl İttihad” bu addımına görə “Real”a rəsmi şəkildə təşəkkür edib.
Benzemanın gələn həftə Səudiyyə Ərəbistanına qayıdacağı gözlənilir.
2023-cü il iyulun 1-də “Əl-İttihad”a keçən Kərim Benzemanın klubu ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-24 02:35
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-24 08:52
“Neftçi” onun üçün 500 min dollar təklif edib
- Ölkə futbolu2024-07-24 09:24
“Qarabağ” “Qalatasaray”ı ötdü – avrokubokun son 10 ilinə görə
- Ölkə futbolu2024-07-24 08:17
“Neftçi”nin hədəfindəki futbolçu: “Gələcəyimdən əmin deyiləm”