Bizi izləyin

Ölkə futbolu

Bilet böhranı: həll yolu tapmaq olar

blank
blank

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağın bir addımlığındadır. Tarixində ikinci dəfə bu şansı əldə etmək üçün Ağdam təmsilçisi Çexiyanın “Viktoriya” klubunu mübarizədən kənarlaşdırmalıdır.

Bu mərhələyə qədər (həm də) möhtəşəm azarkeş dəstəyi ilə “Lex, “Sürix” və “Ferentsvaroş” kimi güclü klubları mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası bu gün Bakıda, yenə də Tofiq Bəhramov adına Respublika Stadionunda anşlaq yaradacaq fanatları ilə plzenlilərin canına vəlvələ salacaq.  Amma azarkeşlər də stadionu doldurana qədər kassaların önündə və monitorla smartfonların arxasında bilet tapmaq üçün əməlli-başlı vəlvələyə düşür. Xüsusən də “Viktoriya” ilə oyundan əvvəl “iTicket” platformasının çökməsi nəticəsində futbol həvəskarları etiraz səsini ucaltdı. Sosial şəbəkələrdə platformanın düzgün işləməməsini söyləyən kim, biletlərin qara bazara çıxarıldığını idda edən kim. Kimin haqlı və kimin haqsız olduğunu söyləyə bilmərik. Necə deyərlər, “babalı Sərvərin boynuna”. Amma bu gün “necə deyərlər”dən yox, “necə satarlar”dan danışacağıq.

Əslində, normal qaydada biletlər necə satılmalıdır? Böyük futbol ölkələri və yaxud yaxın regionlarda klublar biletləri necə satır?

Xaricdə “abunə”, bizdə “a, bu nə?”

Əslində, bizdə belə problemin yaşanmasının əsas səbəbkarı elə haradasa azarkeşlərdir. Çünki çempionat oyunlarımızda stadionlar dolu olsa, o zaman belə “ekstrimal” hallarda vəziyyətdən çıxa bilərik. Yəni, azarkeşlərin biletlərə tələbatı mövsüm boyunca yüksək olanda hər şey öz axarına düşür. Amma il boyunca tribunalar boş olanda, yayda hansısa klubumuz (hansısa klub deyəndə “Qarabağ”dan başqa bunu kim bacarır ki?) uğur qazanan kimi qəfil axın başlayır. Təbii ki, belə vəziyyətdə nəinki sistem, hətta ekosistem çökər.

Amma yenə də mövsüm boyunca stadionları doldura bilməyən azarkeşləri günahlandırmaq da olmaz. Abşeron birinciliyinə dönən çempionat oyunlarına niyə gəlib baxsınlar ki? Camaatın onsuz da öz dərdi özünə bəs edir. Amma dərdi-səri olmayan ölkələrdə böyük futbol klubları öz çempionat və avrokubok oyunlarına abunə biletlər satır. Ümumiyyətlə, miqyasından, gücündən və regionundan asılı olmayaraq, normal ölkələrdə futbol klubları məhz mövsümlük abunə biletlərinin satışı ilə stadionu doldurur. Heç nə yox, yeni mövsüm öncəsi klubun rəsmi dilerləri vasitəsilə bank hesabından müəyyən məbləğ ödəyərək məsələni birdəfəlik həll edirlər. Daha avrokubok və çempionat oyunlarına ayrıca bölgü aparılmır. Yaxud bu klubların azarkeşləri daxili yarışlarda stadionu boş qoyub avrokuboklara axışmır. Hətta İtaliyada öz daxili çempionatlarına maraq avrokuboklardan daha yüksəkdir.

Ona görə də bizim klublara abunə variantını nümunə göstərmək bir qədər çətindir. Ən azı çempionat oyunlarına gələn olmayacaq. Avrokuboklara görə də abunəni heç kim almayacaq. Çünki “Qarabağ”dan başqa bir klub maksimum bir mərhələ keçir. “Qarabağ” çempionat oyunları üçün abunə biletlərini satışa çıxarsa, bu, heç bir effekt verməyəcək. Həmin çempionat abunələri avrokuboklara da keçərli olsa,  bu yenə keçərli olmayacaq. Əvvəla, abunə biletləri mövsümlük xarakter daşıdığına görə, qiyməti baha olacaq ki, bu da heç kimə sərf etməyəcək. Həm də ki, “Qarabağ” bir mövsümə bəzən 3 fərqli stadionda futbol oynayan komandadır. Çempionat oyunları “Azərsun Arena”da keçirilirsə, avrokubokun pley-offları Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunur. ÇL-də qrup oyunları zamanı isə komanda Baki Olimpiya Stadionuna köçür. Ona görə də bir stadionun oturacağında yer tutan adam gedib öz yerini Respublika Stadionu və ya BOS-da tapa bilməyəcək. Yəni, utopiyanın özü belə reallaşsa da, stadion qalaqurmalarına görə texniki qüsurlar yaranacaq.

“Qarabağ” avrokuboklara görə abunə biletlərini satsa, burada da müəyyən problemlər yaşana bilər. Əvvəla, heç kim “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanacağına təzminat verə bilməz. Ya da ki, azarkeş ora ÇL-ə düşmək havası ilə gedir, “Qarabağ”ın 2 mərhələ keçib Konfrans Liqasının qrupuna düşməsinə isə heç kim sevinməyəcək. Ona görə də azarkeş buna görə böyük xərc çəkməyəcək. Həm də ki, harada avrokuboklara görə abunə bilet satırlar ki? Buna görə özümüzü güldürməyə dəyməz.

“Sistem çöküb”sə, onu gücləndir!

“Qara bazar”dan söz düşmüşkən, müyyən mənada klubun əməkdaşlıq etdiyi platforma və ya portalların şəffaflığına şübhə yaranır. Yəni, bu mənada “iTicket”i günahlandırmaq fikrində deyilik və buna əsasımız da yoxdur. Amma azarkeşlər öz aralarında və ya sosial şəbəkələrdə nümayişkəranə şəkildə həmin portalın “qara bazar”la əməkdaşlıq etdiyini iddia edirsə, buna görə onların ağzını və sosial şəbəkərlə yazmaq üçün əlini bağlaya bilmərik. Klub elə bir varianta əl ata bilər ki, azarkeşin onu ittiham etməyə heç bir əsası qalmaz.

Avropanın əksər aparıcı klubları biletlərini özləri öz saytları vasitəsilə satır. Belə olan məqamda klub “qara bazar”la niyə işləsin ki? Biletdən çox qazanmaq istəyirsə, onu baha qiymətə satar. Daha onu başqasına ötürüb “baha satıb pulunu mənə ver” deməz. Təssüf ki, yenə də gedib abunə biletlərin üstünə çıxırıq. Avropada biletlərini satan klublar çempionat oyunları üçün “məhsulları”nı öz saytından satışa çıxarır. Daha məhz avrokuboklar üçün bunu etmir. Belə olan halda, “Qarabağ” niyə bunu məhz avrokuboklar üçün etsin?

Təbii ki, yenə də gülməli çıxar. Həm də ki, buna görə klubun saytının texniki parametrləri gücləndirilməli, bunun üçün klub yüksək səviyyəli İT mütəxəssisləriylə əməkdaşlıq etməlidir. Bu da klubun büdcəsindən müəyyən qədər vəsaitin ayrılması deməkdir. Dəyməz axı. Klub avrokubokardan 5 manat xeyir götürürsə, nə üçün bunun 2 manatını ona xərcləməlidir. Onsuz da bilet satışından əldə olunan gəlir klubun xərclərinin yanında qəpik-quruşdur. Təbii ki, söhbət Azərbaycandan gedir. İstisinə qızınmadığın halda niyə də tüstüsünə kor olasan? Ona görə də işi bir şirkətə ötürürsən, ona müəyyən miqdarda faiz ödəyirsən, sonra da başını rahat yastığa qoyub oyun saatını gözləyirsən.

Bəs, Azərbaycan üçün ən münasib variant nədir? Birinci variant odur ki, platformalara, tətbiqlərə və ya  portallara nəzarət güclü olsun. Yəni, klub həmin portalın bilet satışına nəzarəti gücləndirsə, təhlükəli bir şey olmayacaq. Amma bu, yenə də “qara bazar”a haradasa yol aça bilər. Çünki müəyyən şəbəkələr həmin portallardan biletləri alıb yenə də “qara bazar”da sata bilər. Fərq ondadı ki, bu da bir miqdar olacaq. Biletləri stadiona getmək üçün alanların sayı istənilən halda çoxacaq. Sistemin çökməməsi üçün isə onun texniki özəlliklərini və dayanıqlığını gücləndirmək lazımdır.  Daha satışı təşkil edən platoformanın rəhbəri çıxıb deməsin ki, “portala eyni vaxtda 100 min adam girdi, sistem çökdü”.

Təbii ki, evdə bişməyib, qonşudan gəlməyib. Azərbaycanda “iTicket” ömür boyu konsertlərə bilet satıb, onun da tələbatı nədir ki? Bir var dükan işlədirsən, bir də var supermarket. Gündə 100-150 adama bilet satıblar deyə birdən-birə böyük yüklənməyə hazır olan texniki şəbəkə hazırlamayıblar. Təbii ki, həqiqəti deyirlərsə…

Çıxış yolları var

Əslində, vəziyyətdən çıxış yolu üçün başqa bilet satmaq taktika və strategiyaları da var. Bunlardan biri lotereya qaydasıdır. Bəli, dəfələrlə görmüşük ki, hansısa nəhəng tədbirə maraq çox, amma onu izləmək istəyənlər üçün yer az olub. Belə olan halda bileti satan təşkilat və ya qurum lotoreya keçirib. 50 nəfər yerə görə 1000 nəfər müraicət edir və püşkatma yolu ilə 50 nəfər qalib elan edilir.

Məsələn, FİFA  son vaxtlar dünya çempionatının biletlərini belə satır. Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet almaq istəyənlərin sayı 1 milyardı keçib. Amma onların hamısına stadionda yer tapılmayacağından FİFA lotoreya ilə qaliblərə bilet satır. Azərbaycanda bunu etmək nə dərəcədə doğru olardı? Əvvəla, bizdə lotoreyaya heç kim inanmır. İkincisi də ki, nə klub, nə də portal buna görə “random” qaydasını işə salmağa həvəsli olmayacaq. Ən azı buna vaxt ayırmaq istəməyəcəklər. Kim qabaqladı, qabaqladı…

Amma daha bir etibarlı vasitə də var ki, onu xüsusi qeyd etməliyik. Özü də bu vasitə buna qədər elə məhz Azərbaycanda tətbiq olunub. 2017-ci ildə “Qarabağ” ÇL-in oyunlarını Bakı Olimpiya Stadionunda oynayarkən biletlər şəxsiyyət vəsiqəsi ilə satılıb. Hətta “iTicket”dən bilet alarkən də bank hesabından ödəniş edərkən şəxsiyyət vəsiqəsinin göstəricilərini qeyd etmək lazımdır. İnternetdən axtarış verərkən, bunun bir daha şahidi ola bilərsiniz. “Roma” ilə oyunun bilet satışı zamanı Bakı Olimpiya Stadionun rəsmi saytında belə bir elan “dərc olunmuşdu”: “Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ımızın qarşılaşacağı “Roma”yla matçın biletlərini bu gün saat 17:00-dan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq”.

Deməli, bircə ölümə çarə yoxdur. Gələcəkdə bu təcrübədən faydalanmaq lazımdı. Əks halda, “qara bazar” həmişə qalib gələcək, problemlər, narazılıqlar daim bizi izləyəcək.

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-12 19:21

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Premyer-liqa2024-04-12 19:00

“Sumqayıt” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-12 19:00

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm