Digər idman növləri
Bolton rus və belarus tennisçilərin iştirakından danışdı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
İngiltərə Laun-Tennis klubunun (AELTC) baş direktoru Salli Bolton rusiyalı və belaruslu idmançıların “Uimbldon” turnirində çıxışına icazə verilməsini aydınlaşdırıb.
“Bu, çətin qərar idi. Amma düşünürəm ki, düzgün addım atmışıq. Onların hamısı neytral idmançı kimi çıxış edir. Bundan başqa tələb edilən deklarasiyanı da imzalayıblar. Hər şey normaldır”, – deyə Bolton bildirib.
Xatırladaq ki, dekabr ayında verilən məlumata görə, ATP rus və belarus tennisçiləri turnirə buraxmadıqlarına görə klubu 1 milyon avro cərimələmişdi. Bundan başqa, qurum onlara xəbərdarlıq edərək , növbəti belə hal zamanı təqvimdən çıxaracaqlarını da bildirmişdi. May ayında LTA güzəştə gedərək idmançıların turnirlərdə iştirakına icazə verdi. ATP isə öz növbəsində jest edərək cərimənin miqdarını ikiqat azaltdı.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)