Dünya futbolu
Bono hamıdan yaxşı oldu

Avropa Liqasının final matçının ən yaxşı oyunçusunu seçib. “Sevilya”nın qapıçısı Yasin Bono həlledici görüşün ən yaxşı futbolçusu adına layiq görülüb. Mərakeşli qolkiper bu münasibətlə “Hankook” mükafatını alıb.
Futbolinfo.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçiləri 32 yaşlı qapıçının 11 metrlik seriyada seyvlərinin həlledici olduğunu qeyd ediblər. O, Canluka Mançini və Rocer İbanyesin zərbələrini dəf edib.
Qeyd edək ki, “Sevilya” finalda “Roma”ya (1:1, penaltilər seriyası 4:1) qalib gələrək Avropa Liqasının kubokunu qazanıb.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat