Digər idman növləri
“Boston Seltiks” finalın bir addımlığında
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
MBA-da yarımfinal seriyasının növbəti oyunu baş tutub. Şərq konfransında “İndiana Peysers” evdə ilk oyununu keçirib.
Bostonda baş tutan hər iki oyunda qalib gələn indianalılar görüşə yaxşı başlasalar da, qalib gələ bilməyiblər. İkinci periodda bəzi vaxtlarda üstünlük 18 xala çatıb. Lakin “Seltiks” təslim olmayaraq görüşün sonlarında rəqibini haqlamağı bacarıb və sonda qalib gəlib – 114:111.
Oyunun qəhrəmanı Ceyson Teytum olub. O, 36 xal, 10 ribaund və 8 asistlə dabl-dabl edib. Meydan sahiblərinin lideri Tayriz Halibörtonun zədə səbəbilə oynamadığı qarşılaşmada “İndiana Peysers”in heyətində Nembard 32 xal toplayıb.
Bu oyundan sonra seriyada hesab 3:0-dır. Növbəti qarşılaşma 27-dən 28-ə keçən gecə İndianapolisdə keçiriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Milli komanda2024-06-07 22:50
Millimiz Albaniyaya məğlub oldu
- Ölkə futbolu2024-06-08 10:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Müsahibə2024-06-07 14:54
Cica “Qarabağ”da qalmaq istəyir: “Başqa məsələlər barədə nəsə deyə bilmərəm”
- Müsahibə2024-06-07 17:19
20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”