Dünya futbolu
Braziliya 1/8 finala vəsiqəni təmin etdi
Fransanın ardınca daha bir yığma 1/8 finala vəsiqə qazandı. Braziliya bu gün qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrəni yenərək 1-ci pillədəki yerini qorudu.
Futbolinfo.az xəbər verir ki, ilk turda Serbiyanı da məğlub edən (2:0) cənubi amerikalılar qrupun son turunda Kamerunla matçın nəticəsindən asılı olmayaraq, 16 ən yaxşı komanda sırasına yüksəldi.
DÇ-2022-də mübarizəni davam etdirəcək digər komandanın adına son turun Serbiya – İsveçrə matçında aydınlıq gələcək. Yalnız möcüzə Kameruna da şans saxlaya bilər. Bunun üçün afrikalılar özü Braziliyanı lazım olan hesabla yenməli, digər matçda İsveçrənin qalib gəlməməsini arzulamalıdı. Braziliya bugünkü qələbə ilə mundiallarda qrup mərhələsi çərçivəsində ardıcıl 17 oyunu məğlubiyyətsiz matçla tamamlayan ilk yığma oldu. “Sambaçılar” ümumiyyətlə, cari çempionatda qapısına doğru dəqiq zərbəyə imkan verməyib.