Dünya futbolu
Braziliya prezidenti Ançelottinin təyinatından narazıdır
Karlo Ançelottinin Braziliya milli komandasına təyinatı Cənubi Amerikada birmənalı qarşılanmayıb. Bu ölkənin prezidenti Lula da Silva futbol federasiyasının seçimindən narazıdır.
Futbolinfo.az xəbr verir ki, prezident yeni baş məşqçinin yerli mütəxəssis olmasını arzulayır: “Ançelotti heç vaxt İtaliya millisinin baş məşqçisi olmayıb. Hətta son Dünya Çempionatına gedə bilməyən bu yığmanın problemlərini həll etmək üçün Ançelottiyə ehtiyac duyulmadı. Deməli, ona xilaskar kimi baxmaq doğru deyil”.
Xatırladaq ki, hazırda “Real”a rəhbərlik edən Ançelotti gələn yay Braziliya millisini qəbul edəcək. Tərəflər razılıq əldə edib və bu barədə rəsmi açıqlama verilib.