Dünya futbolu
“Bu baxımdan “Braqa” ideal klubdur”
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Braqa” PSJ-nin futbolçusu Çer Nduranı mövsümün sonuna qədər icarəyə götürüb. 19 yaşlı yarımmüdafiəçi bu keçidini dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, o, komandasına həm ölkə daxilində, həm də avrokuboklarda kömək etmək istədiyini söyləyib: “Mənə oynamaq üçün dəqiqələr lazım idi. Bu baxımdan “Braqa” ideal klubdur. “Braqa” yaxşı oyun tərzinə malik komandadır. Tez düşünən, komanda yoldaşları ilə oynayan oyunçuyam. Rəqabətliyəm, həmişə qalib gəlmək istəyirəm. İnanıram ki, kollektivə qələbələr qazanmaqda, çempionatda və Avropa Liqasında uğurlu olmaqda kömək edəcəyəm”.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”