Bizi izləyin

Ölkə futbolu

Bu gün “Neftçi”yə iki baş məşqçi birdən gəlir

blank
blank

“Neftçi düşərgəsində qəribə hadisələr baş verir. Konfrans Liqasına hazırlaşan bakılılar məşqçi böhranı, daha doğrusu, bolluğu yaşayır.

Futbolinfo.az xəbər verir ki, klubun sponsorları rəhbərliyin xəbəri olmadan komandaya yeni baş məşqçi gətirir. Təbii ki, mətbuatda yazılanlardan sonra artıq onların da xəbəri var. Lakin kimsə özündə açıqlama vermək, olanları şərh etmək cəsarəti tapmır. Çempionatda uğursuz olan, kubokda finalda uduzan “Neftçi”nin rəhbərliyinin SOCAR-dan əmr verənlərə etiraz etmək, onlardan xəbərsiz niyə iş tutduqlarını soruşmaq üçün gücləri qalmayıb.

Vəziyyət elə gətirib ki, rəhbərlik mövsüm başa çatandan bəri hansısa addım atmaq üçün sponsorlardan fikir öyrənə bilməyib. Elə bu üzdən nə heyətdən uzaqlaşdırılanlarla bağlı qərar var, nə də yeni gələnlərin keçidi rəsmləşir. İstefası gündəmdə olan Laurentsiu Regekampfa verilməli olan təzminat məsələsinə görə isə bugünədək addım atılmayıb. Müşahidə Şirası klubdaxili iclası yubadıb, klub rəhbərliyinə hansısa addım atmaları üçün şərait yaratmayıb.

Və indi bəlli olur ki, rəhbərliyə etimadı tükənən SOCAR rəsmiləri özləri xəlvətcə iş görürmüş. Bundan sonra necə olacağı maraq doğurur. Sponsorların rəhbərlikdə də islahat aparacağı, yoxsa onlara özlərinin seçdiyi məşqçi ilə işləməyi, onun tələblərni yerinə yetirməyi tapşıracağı bilinmir.

Dəqiq olan SOCAR rəsmilərinin Sərgən Yalçını müqavlə imzalamaq üçün Bakıya gətirməsidir. Bu gün – həm də xüsusi təyyarə ilə – türkiyəli mütəxəssis ölkəmizə təşrif buyuracaq. Danışıqlar tamamlanıb, son detallar dəqiqləşdikdən sonra tərəflər iki illik müqavilə bağlamalıdır.

Deyilənlərə inansaq, Sərgənin illik qazancı təqribən bir milyon dollar olacaq, üstəlik onun özüylə gətirəcəyi böyük texniki heyət də məşqçinin tələbinə uyğun olaraq yüksək maaş alacaq. Və onlara çatacaq vəsait klub büdcəsindən deyil, SOCAR xətti ilə ödəniləcək. Üstəlik, “Neftçi”nin büdcəsi yeni transferlər üçün kifayət qədər artacaq, Sərgənə istədiyi oyunçuları almaq üçün şərait yaradılacaq.

blank

Məsələnin maraqlı tərəfi ondadır ki, bu gün həm də Regekampf istirahətini başa vuraraq Bakıya dönür. Ötən müddətdə rəhbərlikdən heç bir təlimat almayan rumın çalışdırıcı startı iki gün sonraya nəzərdə tutulan təlim-məşq toplanışına başlamaq üçün məşqçilər heyəti ilə birlikdə bu gün Bakıda olacaq. Ona postunda qalacağı və ya təzminat qarşılığında istefaya göndəriləcəyi barədə heç nə deyilməyib.

Doğrusu, Sərgənin istefaya göndərilməyən məşqçinin olduğu yerə gəlməsi etik cəhətdən doğru deyil. Ola bilsin, türkiyəli mütəxəssis hələ tam razılıq verməyib, komandayla, şəraitlə yerində tanış olmaq istəyir. Amma onu da unutmayaq ki, “Neftçi” iki gündən sonra hazırlığa başlamalı, bir həftə sonra Rusiyada turnirə qatılmalıdır. Hələlik məşqçi məsələsində xaotik durum var, üstəlik, transferlər edilməyib, heyət komplektləşməyib.

Əvvəlki yazılarda Sərgənin təyinatının riskli addım olduğunu vurğulamışıq. Türkiyəli məşqçinin klubu maddi cəhətdən necə çətin salacağı, hansı transferləri edəcəyini zaman göstərəcək. Ümid edək, “Neftçi” vaxtilə “Xəzər Lənkəran”ın, “Bakı”nın edəcəyi səhvləri təkrarlamayacaq. Baş məşqçi təyinatı ilə problem həll olunmur, klub idarəçiliyində də dəqiq addımlar atılmalı, subardinaysiya prinsipləri gözlənilməli, klubda qərar verənlər bu qədər gözdən salınmamalıdır.

İstənilən halda, bir gündə komandanın iki əcnəbi baş məşqçisi Azərbaycana gəlirsə, deməli, işlər yolunda getmir və ya məşqçi dəyişikliyi islahatların sadəcə, ilk pərdəsidir.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-09 01:09

“Real” əzmkar qələbə ilə ÇL-in finalında!

blank
Dünya futbolu2024-05-09 00:13

“Trabzonspor” darmadağınla finalda

blank
Digər idman növləri2024-05-08 23:41

“Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”

blank
Dünya futbolu2024-05-08 23:00

Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

blank
Digər idman növləri2024-05-08 22:20

“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

blank
Digər idman növləri2024-05-08 21:44

Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcək

blank
Müsahibə2024-05-08 20:55

“Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil” – Rəşad Əzizli

blank
Ölkə futbolu2024-05-08 20:41

PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı

blank
Digər idman növləri2024-05-08 20:15

Cüdoçularımız Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-05-08 19:29

Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 18:55

“Qəbələ” futbolçuları Gəncədə döyüldü

blank
Dünya futbolu2024-05-08 18:32

PSJ-dən ÇL-də antirekord

blank
Digər idman növləri2024-05-08 18:18

Mayami Azərbaycanı geridə qoydu

blank
I Liqa2024-05-08 17:50

İlk oyun qolsuz bitdi

blank
Ölkə futbolu2024-05-08 17:32

“Ağdaş”dan darmadağın

blank
Digər idman növləri2024-05-08 17:15

Bağlanış mərasimində Tom Kruz da olacaq

blank
Premyer-liqa2024-05-08 16:55

Premyer Liqanın 34-cü turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-05-08 16:39

“Gəncə”dən baş məşqçisi ilə yeni müqavilə

blank
Ölkə futbolu2024-05-08 16:22

PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı

blank
Dünya futbolu2024-05-08 16:05

Avro-2024-də oynamayacaq

blank
Digər idman növləri2024-05-08 15:47

Bakıda keçirilən Dünya Kubokunda növbəti medalçılar bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 15:32

“Kəpəz” 8500 manatlıq cəzaya etiraz etməyəcək

blank
Ölkə futbolu2024-05-08 15:17

AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib

blank
Digər idman növləri2024-05-08 15:01

Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

blank
Müsahibə2024-05-08 14:44

Najah gələcəyi barədə qərar verməyib: “Hər oyun öyrənmək üçün fürsətdir”

blank
Dünya futbolu2024-05-08 14:27

“Çelsi” yetirməsini satacaq

blank
I Liqa2024-05-08 14:18

I Liqada 25-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-08 14:09

Daha bir komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-05-08 14:04

Daha bir çempion vida edir

blank
Digər idman növləri2024-05-08 13:48

Olimpiadada idmançılar və jurnalistlər karton çarpayılarda yatacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm