Dünya futbolu
“Bu mövsüm də qalib olmaq istəyirik”
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib. İtaliyalı mütəxəssis yarımfinala yüksəlmək istədiklərini deyib:
“Real” bu turnirin kralıdır. 14 dəfə Çempionlar Liqasını qazanmış bir klubun parçasıyıq. Bu mövsüm də qalib olmaq istəyirik. Sona qədər mübarizə aparacağıq. Addım-addım irəliləməliyik”.
Bu gün keçiriləcək “Çelsi” – “Real” oyunun saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda ispanlar qələbə qazanıb – 2:0.