Dünya futbolu
Bundesliqa klubunda yeni müqavilə
Almaniyanın “Ştutqart” klubu yarımmüdafiəçisi Orel Manqala ilə müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belçikalı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Ona 22 milyon avro transfer qiyməti qoyulub.
Manqala 2017-ci ildən “Ştutqart”ın uğurları üçün çalışır. O, bir mövsüm icarə əsasında “Hamburq”da da çıxış edib. 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər çərçivəsində çıxdığı 27 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.