Ölkə futbolu
Caber cütün taleyini dəyişəcəklərinə əmindir: “Hər şey bizdən asılıdır”
“50 gün sonra meydanlara qayıtdım. Özümü yaxşı hiss edirəm. Tezliklə tam formama düşəcəyimə ümid edirəm”. Bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber deyib.
İsrailli oyunçu uzunmüddətli zədədən sonra meydana qayıtmasından və Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyundan danışıb: “Məncə, hər şey bizdən asılıdır. Keçmişd bunu sübut etmişik. 0:1, 0:2 hesablı məğlubiyyətlərdən sonra cütün taleyini dəyişmişik. Diqqətlə oynayacağıq və görəcəyimiz işə inanıram. Biz hər oyunda qalib gəlmək üçün 100 faiz gücümüzü ortaya qoyuruq. Kifayət qədər peşəkar futbolçularıq. Liqadakı matçlar da bizim üçün vacibdir. Çünki ikinci pilləyə mümkün qədər yaxınlaşmaq niyyətindəyik”.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var