Milli komanda
Canni De Byazi “Futbolinfo”ya danışdı: “Müzakrə apardıq, mənfi epizodlar tənqid edildi”
“Bu gün səhər AFFA-da prezident Rövnəq Abdullayevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında iştirak etdim. Məqsəd AÇ-2024-ün seçmə mərhələsində Avsriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlub olduğumuz matçları təhlil etmək idi”.
Bunu futbolinfo.az-a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi deyib. O, bu gün baş tutan İK-nın iclasından danışıb: “Məqsədimiz performansımızı qiymətləndirməyə çalışmaq idi. Yaxın gələcəkdə daha yaxşı milli komanda formalaşdırmaq üçün müzakirələr apardıq, mənfi epizodlar tənqid edildi. Milli komandamızın böyüməsi üçün birlikdə işlər görmək, Millətlər Liqasında və son iki yoldaşlıq oyunundakı çıxışı davam etdirmək barədə danışdıq. Bilirik ki, işimiz çətin olacaq. Lakin biz birlikdə daha yaxşısını və daha çoxunu edə bilərik və buna çalışmalıyıq”.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda