Dünya futbolu
“Çelsi” heyəti seyrəldir
“Çelsi” Çempionlar Liqasına düşməsə, heyətdəki oyunçuların maaşını 30 faiz kəsmək niyyətindədir. Düzdür, bu, o qədər də asan olmayacaq. Rəsmi müqaviləli futbolçuların qazancını azaltmaq mümkünsüzdü.
Amma bəzi futbolçularla yolların ayrılacacağı dəqiqdir. Büdcənin hədsiz yüklənməsi üzündən klub maliyyə problemləri yaşayacaq və çıxış yolu oyunçuların satılması, saylarının azaldılmasıdır. Bir neçə oyunçunun yayda yola salınacağı ilə bağlı ilkin informasiyalar var. Artıq onların siyahısına daha biri əlavə olunub.
“Zadəganlar” “Brayton”a icarəyə verdiyi Levi Kolvilli də geri qaytarmayacaq. Lakin 20 yaşlı stopper bu komandada yox, başqa İngiltərə təmsilçisində görünəcək. “Liverpul” və daha bir neçə klub 2025-ci ilədək müqaviləsi olan “Çelsi” yetirməsini transfer etməyə çalışır.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var