Dünya futbolu
“Çelsi”dən son 99 ilin antirekordu
“Çelsi”si İngiltərə Premyer Liqasında 29 turdan sonra cəmi 29 qol vurub.
Futbolinfo.az xəbər verir ki, bu, London təmsilçisinin 1921/22 və 1923/24 mövsümlərindən sonra ən pis nəticəsidir. Həmin vaxt “zadəganlar” müvafiq olaraq, 23 və 16 dəfə fərqləniblər.
Beləliklə, aprelin 4-də İngiltərə çempionatının 8-ci turundan təxirə salınan oyununda “Liverpul”la “sülh”ə razılaşan (0:0) londonlular son 99 ilin antirekorduna imza atıblar.
Ümumilikdə, keçmiş baş məşqçi Qrem Potterin rəhbərlik etdiyi “Çelsi” Premyer Liqada tarixən zəif nəticə göstərib. Londonlular ingilis mütəxəssisin rəhbərliyi altında hər oyuna orta hesabla 1,27 xal toplayıblar. Premyer Liqada ən azı 20 oyunda komandaya rəhbərlik etmiş bütün məşqçilər arasında bu, ən aşağı göstəricidir. Bütün turnirlərdə keçirilən 31 matçdan Potterin komandası yalnız 39 faizini qazanıb.
Bir müddət əvvəl “Çelsi” Potterin istefaya göndərildiyini açıqlayıb.
London təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşacaq. İlk oyun aprelin 12-də, cavab qarşılaşması 18 apreldə baş tutacaq.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda