Dünya futbolu
Çempionluq görüşündə ilk het-trik
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Bayer”in futbolçusu futbolçusu Florian Virts Bundesliqa rekorduna imza atıb. 20 yaşlı yarımmüdafiəçi XXIX turda “Verder”lə oyunda (5:0) het-trik edərək bunu gerçəkləşdirib.
Fasilədən sonra meydana daxil olan Almaniya millisinin üzvü 68, 83 və 90-cı dəqiqələrdə fərqlənib. Bununla Virts komandasının çempionluğu təmin etdiyi görüşdə het-trik müəllifi olan ilk futbolçu kimi Bundesliqa tarixinə düşüb.
Qeyd edək ki, hesabında 79 xal olan “Bayer” sona 5 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)