Bizi izləyin

Ölkə futbolu

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
blank

Həyatda heç nə yerində dayanmır, dəyişir və inkişaf edir. Hətta məhvə məhkum olanlar belə yerini daha mükəmməl bir sistemə verir.

Bu, futbolda da belədir. Milyonların sevimli oyunu yarandığı gündən etibarən formadan formaya düşüb. Buraya təkcə qaydaları və taktiki inqilabı aid etmək olmaz. Futbolda həm də reqlamentlər dəyişir. İstənilən bir turnir zamanın tələblərinə görə formatını dəyişir.

Məsələn, 1930-cu ildə keçirilən 13 komandalı ilk dünya çempionatı ilə son mundialın reqlamenti arasında yerlə göy qədər fərq var. Hələ növbəti dünya çempionatında format bir qədər də yenilənəcək.  Təbii ki, dünya çempionatında komandaların sayının artımı dövrün tələblərinə görə həyata keçirilir. Amma elə turnirlər var ki, orada dəyişikliklər yekdil istəyə görə həyata keçirilmir.

Qarşıdakı mövsümdə Çempionlar Liqasının formatı da məhz süni şəkildə dəyişikliyə uğrayacaq. Halbuki, buna qədər, yəni 1955-ci ildən 1992-ci ilə qədər təşkil olunan Çempionlar Kuboku dövrün tələblərinə əsasən sonradan öz yerini Çempionlar Liqasına verdi. Yəni, artıq beyinlər dəyişmiş, insanlar pley-off sistemindən bezmişdilər.  Ona görə də yeni qrup mərhələsi ilə keçirilən turnir ad dəyişikliyinə gətirib çıxardı.

Bu sistem hələ uzun müddət də belə gedə bilərdi. Amma “Bayern” və PSJ-ni istisna etməklə Avropanın oliqarx klublarının Superliqa yaratmaq istəyi və cəhdi UEFA-nı narahat etməyə başladı. Təbii ki, Superliqa siyasi dillə desək, separatçılığa yol açacağına görə ali futbol qurumunu qorxutdu. Burada əsas məqsəd gəlirlərin düzgün bölüşdürülməməsinə etiraz idi. Amma aparıcı klublar dairəvi sistemlə turnir keçirmək istəyi ilə də alışıb yanırdılar. Qrup mərhələsi isə bu ideyanın yanında sönük görünürdü. Ona görə də UEFA “separatçılar”ı ələ almaq və yola gətirmək üçün Çempionlar Liqasının formatını dəyişmək qərarına gəldi.

Təkrarçılıq olsa da, qısaca olaraq qeyd edək ki, yeni formatda 32 yox, 36 komanda əsas mərhələdə mübarizə aparacaq. Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 4-ü səfərdə, 4-ü evdə olmaqla 8 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Bəs, Azərbaycan çempionu, yəni “Qarabağ” ora düşmək üçün nə etməlidir? Komandamız ora necə düşə bilər? Doğrudur, sistem o qədər qarışıqdır ki, onu tam dəqiqliyi ilə müəyyənləşdirmək çətin olacaq. Çünki həlledici mərhələyə vəsiqə əldə etmək üçün klubun dadına öz ölkəsinin reytinqi çatmayacaq. Bu yarışda iştirak etmək hüququ qazanan hər bir komanda öz reytinqinin sayəsində pley-offda özünə yer edə biləcək. Lap yüksək reytinqli ölkələrin komandaları birbaşa həlledici mərhələyə yüksələcəksə, ortabablar o mərhələyə yaxın “ərazilər”də qərarlaşacaq. Bir sözlə, kimi pley-offdan mübarizəyə qoşulacaq, kimi isə ən birinci mərhələdən. Bəs, “Qarabağ” harada qərarlaşıb?  Gəlin, buna cavab axtaraq.

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümündə qızıl medalları sona 8 tur təmin etmiş “Qarabağ” əslində, yayda Çempionlar Liqasında 1-ci təsnifat mərhələsindən başlamalı idi. Amma qitənin ən nüfuzlu klub turnirinin gələn mövsümdən etibarən yeni format üzrə keçirilməsi Ağdam təmsilçisininin işinə yarayacaq.

Qitə futbol qurumunun rəsmi saytında dərc olunan reqlamentin 3-cü maddəsinin 4-cü bəndində bu barədə qeyd olunub. “Çempionlar Liqasının qalibi öz ölkə çempionatı vasitəsilə turnirin qrup mərhələsinə vəsiqə qazanarsa, onun boş saxlayacağı yer bu qaydada doldurulacaq: bu vakansiya Çempionluq Yolunda (ölkələrin reytinqində 11-55-ci yerlərdə olanlar) ən yaxşı fərdi əmsalı olan kluba verilir. Hər növbəti boş yeri isə əvvəlki mərhələdə ən yüksək fərdi əmsalı malik klub doldurur.

Hazırda Çempionlar Liqasında 4 klub qalıb. “Real “, PSJ və “Bayern”in yeni mövsümdə turnirin qrup mərhələsinə vəsiqəni təmin ediblər. Almaniyanın da böyük ölçüdə yeni mövsümdə qitənin ən nüfuzlu klub turnirində 5 komanda ilə təmsil olunacağını nəzərə alsaq, yuxarıdakı abzasda qeyd olunanlar reallaşacaq. UEFA aprelin 22-də paylaşdığı məqalədə bu məsələyə bir daha aydınlıq gətirməyə çalışıb. Orada Donetsk “Şaxtyor”unun 63,000 xalla ən yüksək fərdi əmsala malik olduğu göstərilib. Beləliklə, Çempionlar Yolunun pley-offunda başlamalı olan Ukrayna təmsilçisi yeni qaydalara görə birbaşa qrupa düşəcək. Bəs, onun boş qalan yeri necə olacaq?

Burada isə hələlik qeyri-müəyyən vəziyyətdir. Qitə futbol qurumu məsələ ilə bağlı dəqiq məlumat verməyib. Bu da anlaşılandır, axı cari mövsüm hələ başa çatmayıb. Amma onu söyləmək lazımdır ki, burada “zəncir prinsipi” həyata keçiriləcək. “Şaxtyor”u “Srvena Zvezda”, “Srvena Zvezda”nı Təl-Əviv “Makkabi”si, israilliləri “Ferentsvaroş”, macarları “Yanq Boyz” izləyir. Məhz isveçrəlilərdən sonra “Qarabağ” gəlir. Hər şey də bu komandaların öz ölkələrində çempion olub-olmamağından asılıdır. Bir sözlə, “Qarabağ” həlledici mərhələyə yüksəlmək üçün ən pis halda 4, ən yaxşı halda isə 3 mərhələ keçməlidir.  Ona görə də indiki vəziyyətdə gözləmə mövqeyi tutmaq lazımdır. Təbii ki, Avropada milli çempionatlar bitdikdən sonra biz bu mövzuya yenidən qayıdacağıq. Amma mövzuya yekun vurmamışdan əvvəl mümkün uğursuzluqdan da danışmalıyıq.

“Qarabağ” ÇL-in 1-ci təsnifat mərhələsində uduzsa, KL-in 2-ci təsnifat mərhələsinə, ÇL-in 2-ci təsnifat mərhələsində uduzsa, AL-in 3-cü təsnifat mərhələsinə, ÇL-in 3-cü təsnifat mərhələsində uduzsa, AL-in pley-off mərhələsinə, ÇL-in pley-offunda uduzsa isə AL-in qrupuna düşəcək. Hər halda, şər deməsən xeyir gəlməz. Yenidən xeyirə qayıtmaq ümidi ilə…

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Milli komanda2024-06-11 22:00

Millimizdən Bolqarıstanla heç-heçə

blank
Ölkə futbolu2024-06-11 21:40

“Sabah”ın futbolçusu faciəvi şəkildə vəfat etdi

blank
Milli komanda2024-06-11 21:18

“Belə oyuna görə Azərbaycan millisini təbrik edirəm”

blank
Milli komanda2024-06-11 20:56

“Bu amil futbolçulara müsbət təsir göstərdi” – Arif Əsədov

blank
Ölkə futbolu2024-06-11 20:17

“Sumqayıt”ın Müşahidə Şurasının iclası keçirilib

blank
Milli komanda2024-06-11 19:51

Millimiz Qazaxıstana qalib gəldi

blank
AÇ-20242024-06-11 19:31

Levandovski Polşanın AÇ-dəki ilk oyununu buraxacaq

blank
AÇ-20242024-06-11 19:00

AÇ-2024-ün açılış oyunundan əvvəl Bekkenbauerin xatirəsi yad olunacaq

blank
Ölkə futbolu2024-06-11 18:22

“D” kateqoriyalı məşqçi kurslarına start verilib

blank
Digər idman növləri2024-06-11 17:39

Azərbaycan millisinin zədəli güləşçilərinin bərpa prosesi davam edir

blank
Digər idman növləri2024-06-11 17:20

Azərbaycanın 14 cüdoçusu Avropa Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-06-11 17:05

AVRO-2024: Yaşı 31-dən olan futbolçuların rəmzi yığması

blank
Digər idman növləri2024-06-11 16:48

Ferstappen azarkeşlərinin şərəfinə hazırlanmış dəbilqədə yarışacaq

blank
Ölkə futbolu2024-06-11 16:33

Tovuz reallığı: Hər şey üçün pulu AFFA verəcəkdisə, Oqtay Abdullayev qalıb işləyərdi də…

blank
Ölkə futbolu2024-06-11 16:00

Premyer Liqada may ayının ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

blank
Dünya futbolu2024-06-11 15:41

Torres “Atletiko”nun 2-ci komandasının baş məşqçisi təyin olundu

blank
Dünya futbolu2024-06-11 15:21

“Bayern” “Fulhem”in futbolçusu ilə anlaşdı

blank
Milli komanda2024-06-11 15:00

Millimizin iki mərhələli təlim-məşq toplanışı olacaq

blank
AÇ-20242024-06-11 14:37

Frenki De Yonqu millidə kimin əvəzləyəcəyi bəlli oldu

blank
Dünya futbolu2024-06-11 14:19

Kloze II Bundesliqa klubunun baş məşqçisi oldu

blank
Müsahibə2024-06-11 14:01

Regekampf daha bir şans gözləyir: “Neftçi”ni çempion etmək istəyərəm”

blank
AÇ-20242024-06-11 13:46

Daha bir futbolçu AÇ-2024-ü buraxmaq təhlükəsi ilə üz-üzə

blank
Ölkə futbolu2024-06-11 13:30

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Digər idman növləri2024-06-11 13:27

Alkaras Olimpiadanı daha vacib sayır

blank
Digər idman növləri2024-06-11 13:09

Fiqurlu konkisürmədə geyimlərə reklam yerləşdiriləcək

blank
Digər idman növləri2024-06-11 12:54

Serbiya millisinin geniş heyəti elan edildi

blank
Digər idman növləri2024-06-11 12:37

Himni qaçırdı, 10 min avro cərimələndi

blank
Milli komanda2024-06-11 12:20

Azərbaycan yığması Bolqarıstanla qarşılaşacaq

blank
Milli komanda2024-06-11 12:05

Macarıstanda iki baş məşqçisiz komandanın dueli

blank
Dünya futbolu2024-06-11 11:51

Millidən kənarda qaldı, Dubaya istirahətə yollandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm