Dünya futbolu
ÇL: “Milan” “Napoli”ni, “Real” “Çelsi”ni məğlub yola saldı
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
İtaliyanın “Milan” və “Napoli” klubları birincilərin meydanında üz-üzə gəliblər. Qarşılaşma Milan təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Günün ən maraqlı görüşü isə İspaniyada Madrid “Real”ı ilə İngiltərənin “Çelsi” komandası arasında baş tutub. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
12 aprel
Milan (İtaliya) – Napoli (İtaliya) 1:0
Qol: Bennaser, 40.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “San Siro” stadionu.
Real (İspaniya) – Çelsi (İngiltərə) 2:0
Qol: Benzema, 22. Asensio, 74.
Baş hakim: Fransua Leteksye (Fransa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları