Digər idman növləri
Cüdoçularımız Belçikadan 4 medalla qayıtdılar
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Belçikanın Vise şəhərində beynəlxalq Belçika Açıq cüdo turniri keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yarışda kişilər arasında 7 çəki dərəsində 12 cüdoçu ilə təmsil olunub.
Cüdoçularımız turnirində 1 qızıl və 3 bürünc medal əldə ediblər. Azərbaycan cüdoçuları yarışda medal əyarına görə ümumi hesabda dördüncü yeri tutub.
Kişilər arasında -66 kq. çəkidə İslam Rəhimov qızıl medal, Aydın Rzayev isə bürünc medal əldə ediblər. -73 kq. çəkidə Nəriman Mirzəyev və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medala sahib olub. -60 kq. çəkidə Rövşən Əliyev 5-ci, -100 kq. çəkidə Əjdər Bağırov 7-ci yerdə tamamlayıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Dünya futbolu2024-07-13 09:30
Ronaldoya yeni müqavilə təklifi
- Digər idman növləri2024-07-13 16:46
Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı
- Ölkə futbolu2024-07-14 15:00
“Qarabağ”ın qapıçısı zədələndi – 8 ay futboldan uzaq qalacaq