Dünya futbolu
Dadaşovdan növbəti qol
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 2-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Köln”ün ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da azərbaycanlı futbolçu vurub. Hücumçumuz 90+3-cü dəqiqədə fərqlənib. O, ilk turda da qol vurmuşdu.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 6 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 08:00
Eyforiyaya qapılmadan
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Dünya futbolu2024-07-12 11:02
Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir