Digər idman növləri
Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq.
Futbolinfo.az xəbər verir ki, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaq.
Yarışın ilk günü idmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)