Dünya futbolu
DÇ-2022-yə vəsiqə qazanan 27 iştirakçının SİYAHIsı
DÇ-2022-nin 32 iştirakçısından 27-si artıq müəyyənləşib. Bugünə kimi Qətər-2022-də oynamaq hüququnu aşağıda adları qeyd olunan komandalar qazanıblar.
Avropa zonası: İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə.
Cənubi Amerika zonası: Argentina, Braziliya, Ekvador, Uruqvay.
Afrika zonası: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis.
Asiya zonası: İran, Qətər (təşkilatçı ölkə), Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya.
Şimali Amerika zonası: Kanada.
Daha 5 iştirakçıdan ən sonuncusu iyunda müəyyənləşəcək. DÇ-2022-nin püşkatması aprelin 1-də keçiriləcək. Yarış özü isə 21 noyabr – 18 dekabrda aralığında olacaq.