Dünya futbolu
De Bröyne Fabreqasın rekordunu təkrarladı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Bröyne Sesk Fabreqasın Premyer Liqadakı rekordunu təkrarladı.
Futbolinfo.az “Opta”ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi buna “Tottenhem”ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri 34-cü turun matçında məhsuldar ötürmə verməklə nail olub.
O, cari çempionatda 10 assistlə yadda qalıb. Beləliklə, 32 yaşlı futbolçu ardıcıl 6 Premyer Liqa mövsümündə ən azı 10 məhsuldar ötürmə verib.
Fabreqas İngiltərədə “Çelsi” və “Arsenal”ın formasını geyinib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)