Bizi izləyin

Milli komanda

De Byazinin gündəliyi: hakimlərə “xatirə dərsi”, deputat nəvəsinin qiymətləndirilməsi

blank
blank

Canni de Byazi “əl uşağı”na dönüb, ona dəxli olmayan hər işə buyururlar. Tezliklə italiyalını çay dəmləməyə, açıq qalmış qapını bağlamağa, AFFA-nın həyətindəki ağacları sulamağa da göndərəcəklər.

Millimizin oktyabrdakı oyunlarına çağırılacaq heyətdə hansısa hakimi görsəm, təəccüblənməyəcəm. De Byazi onlarla yaxından maraqlanır, görüşlərinə gedir, hazırlıqlarını izləyir. Klub komandaların məşqçlərinə yollanmaq daha məsləhətli olduğu halda, italiyalı fit sahibləri ilə bir araya gəlir.

Zarafat öz yerində, dünən AFFA-nın rəsmi saytından oxuduğum xəbər məni təəccübləndirdi. Məlum oldu ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Premyer Liqa oyunlarını idarə edən hakimlərin Bakı Olimpiya Stadionunda keçirilən iclasında iştirak edib. O, karyerası ərzində hakimliklə bağlı rast gəldiyi maraqlı xatirələrini danışıb, hakimlərin suallarını cavablandırıb.

Xəbərin mətni gülmək üçün kifayətdi. İtaliyalının başına gələnləri danışması, nağıllar aləminə səyahət – bütün bunlar AFFA ətrafında son zamanlar gəzən söz-söhbətlərin, mənfi yüklü informasiyaların, millinin uğursuz nəticələrinin, hakimlikdəki biabırçı durumun unutdurulmasına hesablanıb. İcraçı vitse-prezident Elxan Məmmədovun ssenarisi ilə “iş görüntüsü” yaradılır, “yuxarılar”a veriləcək hesabat üçün qovluqlar doldurulur. Yoxsa ki, de Byazinin başına gələnləri danışması, hakimlərin ona verdiyi suallara aldıqları cavablar ümumi işin faydası üçün hansı əhəmiyyəti daşıya bilər ki?

Bu, de Byazinin mənasız, əsas işinə dəxli olmayan fəaliyyətindən yalnız bir nümunədi. İtaliyalıdan rəsmi olmayan xəbərimiz də var. Yəni, bu xəbəri AFFA-nın saytından oxuya bilməzsiz, amma dəqiqliyinə tam əmin olun.

Belə ki, iki gün öncə de Byazi “Neftçi”nin köhnə bazasında görünüb, uşaq komandalarının məşqini izləyib. Təbii ki, azyaşlılardan kiminsə əsas milli komandaya çağırılmaq perspektivi yoxdu, Canni də bura başqa məqsədlə gedibmiş. Belə ki, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevin xahişi ilə italiyalı məşqə baxıb. Məqsəd Rauf bəyin burada çıxış edən nəvəsini izləmək, onun perspektivi haqda rəy vermək olub. Axı, hörmətli vitse-prezident həm də ölkədə uşaq futboluna bir nömrəli cavabdeh şəxsdi, yəqin nəvəsinə əcnəbi mütəxəssisin verdiyi qiyməti ümumi ölkə futbolu üçün ölçü olaraq götürəcək. Zatən 15 ildi belə işləyir, ona görə də hər ötən gün uçuruma yuvarlanırıq, onun isə sərvəti, vəzifələri artır.

Kəsəsi, de Byazi son 2-3 günü fəaliyyətinə dəxli olmayan belə “tədbirlərdə” keçirib. Bu gün sünnət toyuna gedəcək, sabah Elxan Məmmədovun bağ evinin İtaliya üslubunda rekonstruksiyasına dair tövsiyyələrini verəcək, birisi gün avtomobillərin park olunma qaydaları haqda DYP-də baş tutacaq seminara qatılacaq. Millimizin toplanışına kimi Canninin sıx qrafiki var, imkan olsa, milli komanda haqda da düşünəcək.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-07-21 13:31

Rüfət Dadaşov Andrea Pirlonun komandasına qol vurdu

blank
Dünya futbolu2024-07-21 13:00

Hüseynovlu “Arda”dan yeni mövsümə uğursuz start

blank
Dünya futbolu2024-07-21 12:24

Rakitiçin yeni klubu məlum oldu

blank
Digər idman növləri2024-07-21 11:11

AÇ: Millimiz bu gün Ermənistanla qarşılaşacaq

blank
Ölkə futbolu2024-07-21 10:27

“Kəpəz”i Premyer Liqada saxlamaq gücündə olan heyət toplamağa çalışırıq”

blank
Dünya futbolu2024-07-21 09:29

“Sabah”ın rəqibi kubokda darmadağınla mərhələ adladı

blank
Dünya futbolu2024-07-21 08:33

Rahil debüt etdi, komandası qalib gəldi

blank
Ölkə futbolu2024-07-20 22:49

“Qarabağ”ın Cəbəllütariqə səfəri öncəsi son məşq və brifinq olacaq

blank
Digər idman növləri2024-07-20 20:55

“Baku Flames” qrupda qaldı

blank
Ölkə futbolu2024-07-20 20:22

“Neftçi”dən “Ərzurumspor”la heç-heçə

blank
Ölkə futbolu2024-07-20 20:00

“Şamaxı”dan darmadağın

blank
Dünya futbolu2024-07-20 19:39

“Milan”da yeni müqavilə

blank
Ölkə futbolu2024-07-20 19:18

“Şamaxı” yeni formalarını təqdim etdi

blank
Digər idman növləri2024-07-20 19:00

Gəncədə yubiley və seçim yarışı

blank
Dünya futbolu2024-07-20 18:40

“Qalatasaray” 17 milyona futbolçu alır

blank
Digər idman növləri2024-07-20 18:21

“Adidas” qalmaqallı kampaniyaya görə üzr istədi

blank
Digər idman növləri2024-07-20 18:04

Avstraliyalılar qayıqlarda tualetin olmamasından narahatdır

blank
Digər idman növləri2024-07-20 17:47

Açılış mərasiminin bədii rəhbəri: “Ümid edirəm ki, tarixə düşəcək”

blank
Digər idman növləri2024-07-20 17:30

“Bu, karyeramın ən böyük uğurudur” – Mahmudov

blank
Digər idman növləri2024-07-20 17:25

Yaponiya millisinin kapitanı siqaret və alkoqola görə Olimpiadadan kənarda qaldı

blank
Digər idman növləri2024-07-20 17:00

“Baku Flames” məğlubiyyətlə başladı

blank
Digər idman növləri2024-07-20 16:30

Azərbaycanı Paris-2024-də təmsil edəcək daha bir idmançı bəlli oldu

blank
Digər idman növləri2024-07-20 16:00

AVF prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub

blank
Ölkə futbolu2024-07-20 15:31

“Sumqayıt” – “Fehervar” matçına 3300 bilet satılıb

blank
Digər idman növləri2024-07-20 15:00

AŞF-nin prezidenti Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə görüşüb

blank
Ölkə futbolu2024-07-20 14:00

“Şamaxı”da belçikalı hücumçu

blank
Dünya futbolu2024-07-20 13:30

Braziliyalı ulduz üçüncü dəfə ata olduğunu açıqladı

blank
Dünya futbolu2024-07-20 13:00

İspan futbolçu La Liqada klubunu dəyişdi

blank
Ölkə futbolu2024-07-20 12:32

Asim Xudiyevə UEFA-dan yeni təyinat

blank
Dünya futbolu2024-07-20 12:00

FIFA İsraillə bağlı qərarını təxirə saldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm