Dünya futbolu
De Laurentis: “Kvaratsxeliya ilə yeni müqavilə bağlanmayacaq”
“Napoli”nin prezidenti Aurelio De Laurentis Xviça Kvaratsxeliya ilə müqavilənin müddətinin uzadılması ilə bağlı xəbərləri təkzib edib. O, gürcü hücumçu ilə yeni anlaşmaya hazırlaşmadıqlarını deyib.
Futbolinfo.az xəbər verir ki, İtaliya nətbuatında neapolluların oyunçu ilə yeni müqavilə bağlayacağı, illik maaşının 4 milyon avroya qaldırılacağı barədə xəbərlər dolaşırdı: “Xahiş edirəm, məni əsəbləşdirməyin. Belə xəbərlərə inanmayın, Xviçayla müqavilə sadəcə bir il öncə bağlandı və 2027-ci ilə qədər keçərlidir. Biz 5 illik müqavilə bağlamışıq. Arada hər hansı problem yoxdursa, yeni anlaşmaya nə ehtiyac?”
Xatırladaq ki, hazırda A Seriyasında lider olan və inamla çempionluğa doğru irəliləyən “Napoli”ni yayda bir sıra futbolçuların tərk etməsi gözlənilir. Dəvət alanlardan biri də Xviçadır. Futbolçu ilə yeni müqavilənin də məhz buna görə – onun gedişinin qarşısını almaq üçün bağlanacağı deyilirdi.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda