Dünya futbolu
Di Matteo ilə Makalelenin ortq fikri
Ötənlərin məşhur futbolçusu Roberto Di Matteo Kriştianu Ronaldo və Lionel Messini müqayisə edənlərin sırasına qoşulub. İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:
“Mənim üçün onların hər ikisi çox yüksək səviyyəli futbolçudur. Komandaları və ümumiyyətlə, futbol üçün etdikləri inanılmazdır. Bu səbəbdən onlardan heç birini seçə bilmərəm”.
Daha bir veteran futbolçu Klod Makalele də eyni fikirdədir:
“Məncə, hansının daha yaxşı olduğunu söyləmək yanlışdır. Ümumiyyətlə, müqayisə edilməməlidirlər. Pele və Dieqo Maradonanı müqayisəsi necə qüsurludursa, onların birini önə çıxarmaq da düzgün deyil. Onlar fərqli futbol oynayırlar, fərqli mədəniyyət təmsilçiləridir. Messi doğulandan istedadlıdır, Ronaldo isə çalışqanlığı ilə böyük işlər görüb. Seçim edə bilmərəm”.
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov