Ölkə futbolu
Diakabi son iki oyunu niyə buraxıb?
“Qarabağ”ın futbolçusu Adama Diakabi zədəsini sağaltsa da, meydana çıxmağa tam hazır deyil.
Futbolinfo.az xəbər verir ki, bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
O, 26 yaşlı hücumçunun məşqlərdən kənarda qaldığına görə ötən gün Misli Premyer Liqasının 32-ci turunda “Neftçi” ilə matç üçün iştirak ərizəsində yer almadığını deyib:
“Diakabi 31-ci turda “Zirə” ilə matçda da iştirak ərizəsinə daxil edilməmişdi. Çünki ondan əvvəl “Sabah”a qarşı oyunda yüngül zədə almışdı, məşqləri buraxmışdı. İndi zədəsi sağalıb. Sadəcə Diakabi məşqlərdən uzaqda qaldığına, tam hazır olmadığına görə baş məşqçimiz belə bir qərar verib”.
Qeyd edək ki, ötən gün “Qarabağ” “Neftçi”yə 4:2 hesabı ilə qalib gəlib.