I Liqa
Divizion komandalarının da cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Səbail”in futbolçusu Bayraməli Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komandası 20 manat cərimə olunub.
“Kəpəz” – “Neftçi-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. “Neftçi”nin futbolçusu Xəqani Sadıxov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, komandası 160 manat cərimə olunub.
“Qarabağ-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”