Digər idman növləri
Donçiçin 41 xalı qələbəyə kifayət etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
MBA-da bu gecə keçirilən oyunlar arasında “Dallas Maveriks” – “Hyuston Rokets” qarşılaşması qeyd edilməlidir. Uzun müddət hesabda geri olmasına baxmayaraq, Luka Donçiçin məhsuldarlığı meydan sahiblərinə qələbə qazandırıb – 121:115. Sloveniyalı basketbolçu görüşü 41 xalla tamamlayıb.
Qonaqların heyətində yenə də Alperen Şengün əla oyun nümayiş etdirib. Türkiyəli basketbolçu qarşılaşmanı 31 xal, 9 ribaund və 6 asistlə tamamlayıb. Təəssüf ki, bu, Hyuston komandasını məğlubiyyətdən xilas etməyib. Son perioda 5 xal üstünlüklə girmələrinə baxmayaraq , qonaqlar meydan sahiblərinin təzyiqinin qarşısını ala bilməyiblər.
Gecənin digər oyunları arasında “Miluoki Baks”ın Mayamidə 131:124 hesablı qələbəsini qeyd etmək olar. Antetokumbo – Lillard cütlüyü görüşü 65 xalla tamamlayıb. Bu isə komandanın topladığı xalların yarısı deməkdir.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Ölkə futbolu2024-07-12 20:18
Şeydayev “Kocaelispor”dan ayrıldı – “Neftçi”yə gəlir
- Müsahibə2024-07-12 13:47
Renduliç razıdır: “Rəhbərlik komandanı gücləndirəcək variantlar üzərində çalışır”