Premyer-liqa
Dörd matçda 1 qol
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Misli Premyer Liqasının 30-cu turunda üz-üzə gələn “Sumqayıt”la “Zirə” mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar.
Futbolinfo.az xəbər verir ki, bu komandaların bir görüşündə isə Bakı klubu minimal hesabla qalib gəlib. Rəqiblərin 4 duelində yalnız 1 qol vurulub.
Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur. 10 il əvvəl – 2012/13 mövsümündə “Qarabağ”la “Simurq”un 4 matçında 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.
“Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdir. Mütləq rekord isə 2009/10 mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran”ın 4 matçı da qolsuz başa çatıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”
- Dünya futbolu2024-07-13 09:30
Ronaldoya yeni müqavilə təklifi