Ölkə futbolu
Dünya çempionu 29 yaşında vəfat etdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Kanadalı atlet Şon Barber dünən 29 yaşında vəfat edib. Ölümünün səbəbi tibbi ağırlaşma olub. Bu barədə ABŞ-dəki Akron universitetinin atletika fakultəsinin mətbuat xidməti xəbər verib.
Bəyanatda idmançının uzun müddət idi ki, xəstəliyə görə əziyyət çəkdiyi bildirilib. O, Kinqsvuddakı evində vəfat edib.
Xatırlada ki, Barber 2015-ci ildə şüvüllə tullanmada dünya çempionu olub. O, Kanada üçün bu növdə ilk qızıl medalı qazanan idmançıdır. Bir il sonra isə Barber, qapalı məkanlarda keçirilən dünya çempionatında 6 metr hündürlüyə tullanmaqla Kanada rekordunu qırmışdı. Braziliyada həmin il keçirilən Olimpiya oyunlarda atlet 10-cu nəticə göstərmişdi.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)