Müsahibə
Eldar Quliyev: “Daha yaxşı oynaya bilərdim”
“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyevin futbolinfo.az saytına müsahibəsi
– Son matçda “Səbail” üzərində qələbə qazandınız. Bu vacib qalibiyyəti necə şərh edə bilərsən?
– Çox vacib qələbədir. Son matçlarda komandada nəsə çatmırdı. Amma bu dəfə bacardıq. Qələbələri əldən verdiyimiz oyunlar var idi. “Səbail”lə matçda isə 3 xala sevindik. “Qarabağ”la oyuna yaxşı əhavl-ruhiyyədə yollanacağıq.
– Yaxşı oyun keçirdin və qol da vurdun. Öz çıxışından razısan?
– Düzdür, mənim üçün pis oyun olmadı. Lakin bəzi məqamlarda daha yaxşı oynaya bilərdim.
– Səncə, “Zirə” avrokuboklara vəsiqə qazanacaq?
– Bilmirəm. Təəssüf ki, dəqiq cavab verə bilməyəcəm. Çünki bizdən asılı olmayan şeylər var. Amma biz avrokuboklara düşmək üçün əlimizdən gələni edəcəyik.
– Azərbaycanda özünü necə hiss edirsən? Bura tam öyrəşə bilmisən?
– Özümü yaxşı hiss edirəm. Əslində, çoxdan bura tam adaptasiya olmuşam.
– Premyer Liqadakı rəqabət səni qane edir? Düşünürsən ki, bu çempionatda “artıra” biləcəksən?
– Düşünürəm ki, yaxşı rəqabət var. “Artırmaq” üçün cəhd etmək lazımdır. Güclü mübarizə gedir.
ABBAS